BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bəlkə əsgərə sovqat aparanlar şaxta baba paltarı geyinərdi, onda nə deyəcəkdiniz?”

“Əgər bizim əsgər intizam və düzüm qaydalarını əla bilməsəydi, qalib gələ və erməni ordusunu darmadağın edə bilməzdi. Əsgərin sıra ilə düzümlə getməsi nizamnamə tələbidir. 3 əsgər bir yerdədirsə, artıq düzümlə gedilməlidir. Silahlı qüvvələrin nizamnaməsi var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

 

Donanmada xidmət etdiyini bildirən S.Məmmədov qeyd edib ki, gəmidə rejim bir qədər başqa olub: “Amma 6 ay sahildə məktəb oxutdurublar deyə, kazarma rejimində olmuşam. Yeməyə, hamama, kinoya belə düzümlə gedilirdi. 3 matros bir yerdə olub sıra ilə getməsəydi, dərhal 5 sutka gedirdi qaupvaxta. Nizam, intizam olmayanda, ordu olmur. O ki qaldı paya, pay o deməkdir ki, hər kəsə ayrıca verilir. Əvvəlcədən çeşidlənib, içərisinə müəyyən ərzaq və məişət ləvazimatı qoyulub və personala təqdim edilib. Bunu yalnız alqışlamaq lazımdır.  Orduya niyə kənar yardım olmalıdır deyənlər üçün: Təchizat məsləsi nə qədər yaxşı olsa belə, sovqat yerinə düşür. Niyə üzləri göstəriblər deyənlər üçün: Avropada santa klaus hərbiçilərə pay verəndə, əsgərlər maska taxmır. Bəlkə bizim sovqat aparanlar şaxta baba paltarı geyinərdi. Onda nə deyəcəkdiniz?”

Tarix: 22 Dekabr 2020, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin