BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qazaxın 7, Naxçıvanın bir kəndi tezliklə Azərbaycana qaytarılacaq"

"Qubadlı və Zəngilanın azad edilməyən onlarla kəndi ilə bərabər Qazaxın 7 və Naxçıvanın 1 kəndi də qısa zamanda qaytarılacaq".

 

Pravda.az xəbər verir ki,  bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, 9 noyabr bəyanatında cəmiyyəti narahat edən səbəblərdən biri Xankəndi, Xocalı və Xocavəndin adını çəkilməməsi idi:

 

"9 noyabr bəyanatı 1 səhifədə 9 bənddən ibarət idi. İctimaiyyət daha çox sənəddə Xankəndi, Xocalı və Xocavəndin adını çəkilməməsindən narahat idi. Həmin sənəddə indi bərpa edilməklə Qafan aeroportuna, Zəngəzur Mis-Molibden zavoduna, Davud Bəy kəndinə, Vorotan SES-ə qədər gedib çıxan sərhdlərimizin də adı çəkilmirdi. Qubadlı və Zəngilanın azad edilməyən onlarla kəndinin, Qazaxın 7 və Naxçıvanın 1 kəndinin də adına o sənəddə rast gəlinmir. Lakin qısa zamanda o ərazilər də tam qaytarılacaq. Bu mütləqdir".

 

Ədalət Verdeyev hesab edir ki, şərtləri qalib tərəfin diktə etdiyini və 97 illik problemin 1 səhifəlik bəyanatla həllinin mümkün olmadığını nəzərə almaq mütləqdir:

 

"Qalib millət olmağı bacarmalıyıq. Başqa yolumuz da yoxdur". Qaynarinfo

Tarix: 22 Dekabr 2020, 13:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin