BURADA REKLAMINIZ OLA
BİLƏR

Polkovnik-leytenant intihar etdi

Moskvada Rusiyanın Federal Mühafizə Xidmətinin polkovnik-leytenantı intihar edib.

 

Pravda.az-ın məlumatına görə, hadisə Moskvanın şimal-şərq hissəsində yerləşən Ostankino rayonunun Tsandra küçəsində baş verib.

 

Həmin küçədə Federal Mühafizə Xidmətinin bölmə rəisinin müavininin meyiti aşkarlanıb.

 

“RİA Novosti”nin yaydığı məlumata görə, FMX-nın zabitinin evindən intihar məktubu aşkarlanıb. Məktubda onun könüllü olaraq bu addımı atdığı qeyd olunub.

 

Qeyd edək ki, Federal Mühafizə Xidmətinın əsas funskiyası ölkə prezidenti və ali məmurların, eləcə də federal hakimiyyət orqanlarının binalarının təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Tarix: 22 Dekabr 2020, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin