BURADA REKLAMINIZ OLA
BİLƏR

İtkin düşən 2 erməni əsgəri tapıldı

Rusiya sülhməramlıları itkin düşmüş hesab edilən iki nəfər Ermənistan vətəndaşını tapıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.

 

O, dekabrın 21-də Hadrut yaxınlığında tapılan iki nəfər Ermənistan vətəndaşını axtarış tədbirlərində iştirak edən Azərbaycan tərəfi ilə razılaşdırmaqla Ermənistana təhvil verildiyini bildirib.

 

Rusiya rəsmisi indiyədək itkin düşmüş şəxslərlə bağlı yaradılmış "qaynar xətt"ə 528 müraciətin daxil olduğunu da açıqlayıb.

 

Tarix: 22 Dekabr 2020, 20:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin