BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni il gecəsi baş verən hadisələrdə ən azı 10 nəfər ölüb

ABŞ-ın şəhərlərində Yeni il gecəsində baş verən atışma zamanı ən azı 10 nəfər həlak olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə "USA Today" qəzeti bildirib.

 

Məlumata əsasən, atışmalar əsasən barlarda və gecə klublarında baş verib. Belə ki, Orlando (Florida ştatında) şəhərindəki gecə klubunda şənlik zamanı atışmada iki nəfər ölüb. Daha iki nəfər Texasdakı bir klubda həlak olub.

 

ABŞ-ın Virciniya ştatında barda atışma zamanı 7 nəfər yaralanıb. Atışma nəticəsində Sent-Luis (Missuri ştatl) və Filadelfiyada (Pensilvaniya ştatı) bir neçə nəfər də həlak olub.Trend

Tarix: 2 Yanvar 2020, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin