BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağcabədidə sakinlər yolka quraşdırılmasına etiraz ediblər

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə şəhər ərazisində yolka quraşdırlması sakinlərin etirazına səbəb olub.

 

Pravda.az-ın məlumatına görə, İcra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə şəhərin mərkəzi küçələrindən birində yolka quraşdırılır.

 

Bu zaman bir neçə yerli sakin İcra aparatının əməkdaşlarına yaxınlaşaraq yolkanın quraşdırlmasına etiraz ediblər.

 

Sakinlər bildiriliblər ki, yolkanın quraşdırılması Vətən müharibəsində canından və qanından keçən şəhidlərin ruhuna hörmətsizlikdir. Daha sonra yolkanı quraşdıran şəxslər sakinlərə deyiblər ki, yolkadan şəhidlərin şəkillərini asacaqlar.

 

Bu sözdən sonra sakinlərlə yolka quraşdırlanlar arasında mübahisə yaranıb. Sakinlər yolka quraşdırlanların - "yolkadan şəhidlərin şəkillərini asacağıq" deməsini şəhidləri əla salmaq məqsədi ilə deyildiyini iddia ediblər.Report

 

Tarix: 23 Dekabr 2020, 11:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin