BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN atanın oğlunu qətlə yetirməsi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Göygöldə baş verən qətllə bağlı məlumat yayıb.

 

Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, yanvarın 1-də saat 15 radələrində, əvvəllər məhkum olunmuş Y. Bayramovun yaşadığı Nadil kəndindəki evin yanması və həyətində oğlu Mahirin qətlə yetirilmiş meyitinin olması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

 

Göygöl rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

 

Hadisə yerinə baxış zamanı evin 90 kv. metr sahədə 4 otağının və çardaq hissəsinin yanar konstruksiyalarının yanması müəyyən edilib, yaxınlıqdakı əkin sahəsində isə həmkəndlisi olan oğlu Mahirin ov tüfəngindən yetirilmə xarakterli xəsarəti olan meyiti tapılmış və hadisə yerinin yaxınlığında 2 ədəd giliz aşkar edilərək götürülüb.

 

Hadisəni münaqişə zəminində törətmiş atası Yaşar könüllü olaraq Səbail RPİ 9-cu PB-yə gəlib cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş “İJ-16” markalı tüfəngi və 8 ədəd patronu təhvil verib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Tarix: 2 Yanvar 2020, 12:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin