BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah yağış yağacaq - PROQNOZ

Sabah – yanvarın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu  gecə 2-5° isti, gündüz  6-9° isti, Bakıda  gecə 3-5° isti, gündüz  6-8° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət  70-80 % olacaq.  

 

Azərbaycan rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi  yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz  7-11°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-6° isti olacaq.

Tarix: 2 Yanvar 2020, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin