BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısı: “Qubadlı, Zəngilan rayonlarında olarkən bir daha gördük ki…”

“İndi Zəngilanın gözəl təbiətini seyr edirik. Görün necə gözəl yerlərdir. İndi isə Zəngilandan Bakıya qayıdırıq. Qubadlı, Zəngilan rayonlarında olarkən bir daha gördük ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Otuz il ərzində işğal altında olan torpaq öz sahiblərinə qayıdıb. Biz qayıtmışıq, düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq və bir müddətdən sonra həyat tam bu bölgəyə qayıdacaq inşallah!”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı və Zəngilan rayonlarına səfərdən qayıdarkən deyib.

 

Dövlət başçısının videogörüntüsünü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Tarix: 24 Dekabr 2020, 01:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin