Vətən Müharibəsi başa çatsa da, işğaldan azad edilən rayonlarımızda görülən və görüləcək işlərlə bağlı müzakirələr davam edir. Cərrah Mahmud İsmayılovun müsahibəsini təqdim edirik:
-Mahmud müəllim, Vətən Müharibəsi başa çatdı. Sizcə bu müharibənin başa çatması ermənilərlə əzəli mübarizənin sona çatması deməkdir, yoxsa biz bundan sonra da bu mübarizəyə hazır olmalıyıq?
-Əvvəla, Vətən Müharibəsində şəhid olan hər bir vətəndaşımıza Allahdan rəhmət diləyirəm. Məhz onların, qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz təmin edilib. Müharibədə yaralanan hər bir hərbçimizə isə Allahdan şəfa diləyirəm.
Müharibənin aktiv fazası bitdi, lakin bizim ermənilərlə mübarizəmiz heç vaxt bitməyəcək. Söhbət ondan getmir ki, biz əldə silah daim vuruşacağıq. Ancaq bizim onlarla mübarizəmiz hər zaman bütün sahələrdə davam edəcək.
Onların xisləti hər kəsə bəllidir. Sovet dönəmində ermənilərlə dostluq haqqında şüarlar səslənirdi. Bu düşüncələri yaddan çıxarmaq lazımdır. Unutqan olmamalıyıq. Düşmən bizə bundan artıq nə etməlidir ki, biz onun etdiyi pisliyi yaddan çıxarmayaq?
Ermənilər bu gün indiki rəzil duruma düşdüyü vəziyyətdə belə hədə-qorxudan, asıb-kəsməkdən danışır. Indi görün onların əllərinə şans düşsə, nə edər. Daim tətikdə olmalıyıq. Ermənilər mədəniyyətimizdən tutmuş, elmimizə qədər bütün sahələrdəki uğurlarımıza sahiblənmək istəyirlər. Onların tarixi də, mədəniyyəti də, mətbəxtləri də, incəsənətləri də, elmləri də saxtadır. Lakin onlar bunu hər yerdə reallıq kimi qələmə verirlər. Biz isə öz reallığımızı sübut edə bilmirik. Bu baxımdan bizim ermənilərlə müharibəmiz heç vaxt bitməyəcək. Bunu xalqımız daim yadda saxlamalıdır. Onların şirin dilinə aldanmaq, sayıqlığı itirmək olmaz. Ermənidən bizə dost olmaz.
-Mahmud müəllim, Qarabağda ermənilərin də yaşaya biləcəyi tez-tez səslənən fikirlər sırasındadır. Sizcə ermənilərin müharibədən sonra da Qarabağda yaşaması gələcəkdə yeni problemlərə səbəb ola bilərmi?
-Qarabağda kim yaşayacaqsa, o Azərbaycan qanunlarına tabe olub, bu qanunlar əsasında yaşayacaq. Necə ki, Azərbaycanda çoxsaylı xalqların nümayəndələri yaşayır. Əgər Qarabağda yaşayan ermənilər də qanunlarımıza tabe olub, Azərbaycan vətəndaşı kimi yaşayacaqlarsa, yaşayacaqlar. Qanunlarımıza tabe olmaq istəməyənlər isə dünyanın hansı ölkəsinə istəyir, köçüb gedə bilər. Bunlar elə bir toplumdur ki, sonuncu cinayətkarlarını cəzalandırsaq belə, yerinə yeni cinayətkarlar gələcək. Baxın, bu gün quyruqları qapı arasında olduqları halda, Qarabağda guya yeni hökumət təşkil edirlər. Bu, suda batanın saman çöpündən yapışmaq cəhdinə bənzəyir. Onlar bu gün də nəyəsə ümid edirlər. Lakin onların bu ümidi də boşa çıxacaq. Biz 1992-ci ilin Azərbaycanı deyilik. Ermənilərə göz açmağa imkan vermək olmaz. Onlar daim başlarının üzərində Azərbaycan bayrağını, Azərbaycan qanunlarını, Azərbaycanın gücünü hiss etməlidirlər. Bilməlidirlər ki, cızıqlarından çıxsalar, cəzalarını alacaqlar. Dünya genişdir. Əgər hansısa erməni Qarabağda bizim qanunlarımıza əməl edərək yaşamaq istəmirsə, istədiyi yerə köçüb gedə bilər.
-Fransa və bəzi güclər ermənipərəst açıqlamalar verməkdə davam edir, təcavüzkarın açıq şəkildə yanında yer alırlar. Sizcə bu qüvvələrin erməni sevgisi nə dərəcədə səmimidir?
-Baxın, Fransada ermənilərin ən çox yaşadığı yerlərdən biri Marseldir. Ermənilər ora Marsak deyirlər. Onlar fransızlara sübut etmək istəyirlər ki, guya fransızlardan qabaq ermənilər bu torpaqlara gəliblər. Kaliforniyada milyon yarım erməni yaşayır. Rusiyada isə onların sayı 2 milyondur. Fransada da bəlli miqdarda erməni yaşayır. Bəs niyə bu dövlətlər ermənilərə muxtariyyət vermirlər? Madam ki, onların ermənilərə belə canı yanır, öz ərazilərindən onlara torpaq versinlər, muxtariyyət versinlər.
Azərbaycanın kimsəyə veriləcək torpağı yoxdur və bundan sonra da torpaqlarımızın hər qarışı göz bəbəyi kimi qorunacaq.
-Son günlər bəzi müxalifət təmsilçiləri sülh bəyanatının şərtlərini müzakirə edərək müəyyən bəndləri tənqid edir, bunların guya milli maraqlarımıza o qədər də uyğun gəlmədiyini söyləyirlər. Bu barədə nə deyə bilərsiniz?
- Müharibənin başa çatmasından ay yarım vaxt ötüb. Bu gün bəzilərinin dilinin uzanmaqda olduğu görünür. Hökuməti bəyənməyə bilərsən. Hökumətin elə addımları olub ki, mən də bu addımı təqdir etməmişəm. Amma dövləti bəyənməmək, onun maraqlarına qarşı getmək olmaz.
Mən nə siyasətçi, nə politoloq deyiləm. Lakin millətimizi sevən vətənpərvər bir insan kimi dövlətimlə, torpaqlarımzıla bağlı məsələlərə hər zaman həssaslıqla yanaşmışam. Mən müharibə zamanı müxalifətin atdığı addımları, onun hökumətə verdiyi dəstəyi alqışladım. Hansı ki, müharibə vaxtı bir-iki istisnanı çıxmaq şərti ilə bütün siyasi partiyalar bəyanat verərək dövləti dəstəklədiklərini, onun siyasətini müdafiə etdiklərini bildirdilər. Lakin ötən gün internetdə bir müxalifət nümayəndəsinin üçtərəfli bəyannamənin şərtlərini “cani-dildən” müzakirə etdiyini, bununla bağlı narazılıqlar səsləndirdiyini gördüm.
Mən öncə bilrimək istəyirəm ki, heç nə birdən-birə yaranmır. Qarabağa Rusiya sülhməramlılarının gəlməsi bir vətəndaş kimi məni də narahat edirdi. Bu xəbəri eşidəndə, demək olar ki, günyarım yatmadım. Onlarla politoloqun bununla bağlı yanaşması ilə tanış oldum. Lakin bütün yanaşmaları, şərhləri təhlil edəndən sonra məndə belə bir əminlik yarandı ki, ölkə başçısının bu addımı düzgün addımdır və baş verənlərdən narahat olmağa dəyməz.
Ayın 10-11-də Hadrutda ermənilər baş qaldıranda Rusiya sülhməramlıları bizim xüsusi təyinatlı qüvvələrin əməliyyat keçirməsinə heç bir maneçilik törətmədilər. Nəticədə, hərbçilərimiz qısa zamanda 160 erməni hərbçisini əsir aldı. Sülhməramlılar yanvarın 10-na qədər erməni tərəfinə silahları təhvil verməklə bağlı xəbərdarlıq ediblər. Əgər ermənilər bu tarixə qədər silahları təhvil verməsələr, o zaman Azərbaycan tərəfi qısa zamanda onları tərk silah edəcək. Bizdə elə oğlanlar var ki, ikisi bir diviziyanın qabağına çıxacaq cəsarətdədir.
Belə bir deyim var ki, müharibəni başlamaq asan, onu bitirmək isə çətindir. Prezidentimiz bəyan etmişdi ki, mən nəyi nə vaxt, necə etmək lazım gəldiyini bilirəm. Təbii ki, biz istəməzdik ki, kənardan kimsə Qarabağa gəlsin. Ancaq dünyadakı reallığı da qəbul etmək lazımdır. Biz mülki erməniləri Qarabağdan qovmuruq. Prezidentimiz də bəyan edir ki, onlar Azərbaycan qanunları çərçivəsində Qarabağda yaşaya bilər. Lakin buna baxmayaraq, artıq üç dövlətin parlamenti Azərbaycan əleyhinə qərar çıxardıb. Bu, özlüyündə bir şey deyil. Lakin bu kimi qətnamələrin sayı artarsa, bu, ölkəmizə qarşı təzyiqə çevrilə bilər. Ölkəmizə qarşı o dövlətlərin parlamenti qərar çıxardıb ki, onların tarixi qədər qaranlıq tarix heç harda yoxdur. Niderlandın da, Belçikanın da, Fransanın da tarixində nələrin yaşandığı çoxlarına məlumdur. Indi təsəvvür edin ki, erməniləri Qarabağdan tamamilə qovuq çıxartsaydıq, bütün dünya bizim üstümüzə necə tökülmüşdü.
Ermənilərin Qarabağda yaşamağını mən də istəmirəm. Lakin onlar Qarabağda bizim qanunlarımıza tabe olaraq yaşamayacaqlarsa, özləri oradan köçüb gedəcəklər.
-Mahmud müəllim, müxalifət illərlə hakimiyyəti torpaqları azad etməkdə maraqlı olmamaqda, Qarabağ probleminin həllinə cəhd etməməkdə ittiham edirdi. Sizcə 8 noyabr zəfərini həm də bu ittihamlara verilən ən tutarlı cavab hesab etmək olarmı?
-Şübhəsiz. Cənab prezident 17 ildir ki, hakimiyyətdədir. Müxalifət bu müddət ərzində az qala hər gün hökuməti tənqid edirdi, bildirirdi ki, guya onları torpaq maraqlandırmır və s. Mənsə hər zaman vurğulayırdım ki, bu məsələ ən çox prezidenti narahat edir. Prezident isə əlinə düşən ilk şansdan dərhal yararlandı. Mən ordunun gücündən, onun etdiklərindən danışmayacaq. Çünki bu haqda bütün dünya danışır. Sadəcə, iki fakt deyəcəm. Illər öncə kosmosa raket buraxanda həmin o müxalifətçilər bildirirdi ki, Azərbayacan kimi dövlətin nəyinə lazımdır ki, süni peyk buraxır. 200-300 milyon dollar da belə getdi. Amma müharibə zamanı biz bu addımın bəhrəsini gördük. Müharibə vaxtı o süni peykin bizə verdiyi informasiyanı heç kim verə bilməzdi və verməyəcəkdi. Biz bunu öz imkanlarımız hesabına əldə etdik.
İkincisi, yazda Xudafərin SES-lə bağlı böyük bir ajiotaj yaratmışdılar. Mən o bəndləri bir-bir oxudum və gördüm ki, orada bizim əleyhimizə olan heç nə yoxdur. Həmin ərazi bizdə olmaya-olmaya İran kimi bir dövlətlə müqavilə bağlayıb, belə bir layihəni ərsəyə gətirmək çox böyük, uzaqgörən bir iş idi. Çünki bu gün ətraf ərazilərin elektriklə, su ilə təminatını həyata keçirmək üçün demək olar ki, hər şey hazırdır. Bu, uzaqgörənlik deyilsə, bəs nədir?Moderator
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
21 Oktyabr 17:17
21 Oktyabr 17:15
Ən son xəbərləri səhifəmizdən də izləyin