BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlik "Luna Park"da ağacların kəsilmədiyini deyir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Luna Park”ın ərazisində ağacların kəsilməsi ilə bağlı yayılan məlumata rəsmi münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Əlişah Rəcəbov bildirib ki, kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir: “Daxil olan məlumat əsasında nazirlik əməkdaşları tərəfindən köhnə “Luna Park” ərazisinə baxış keçirilib. Ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı yayılan məlumatların yanlış olduğu ortaya çıxıb. Əraziyə baxış keçirilən zaman yaşıllıq sahədə ağaclara aqrotexniki qulluq göstərildiyi, bioloji inkişafdan qalmış bir neçə qurumuş və aşmış ​ağacın müvafiq təşkilatlar tərəfindən götürülərək yerinə xan çinarı, sərv və eldar şamının əkildiyi məlum olub”.

 

​Ə.Rəcəbov qeyd edib ki, hazırda ərazidə abadlıq işləri aparılır və yaşıllıqlara aqrotexniki qulluq göstərilir.

 

Qeyd edək ki, ötən gün kütləvi informasiya vasitələrində Bakının Xətai rayonundakı Nobel prospektində yerləşən “Luna Park”da ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı xəbərlər dərc olunub.Oxu.az

Fotoları təqdim edirik
Tarix: 2 Yanvar 2020, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin