BURADA REKLAMINIZ OLA
BİLƏR

Müstəqim Məmmədovun qardaşı oğlu şəhid olub

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qardaşı oğlu şəhid olub.

 

İcra başçısının qardaşı oğlu Soltan Məmmədov 2-ci Qarabağ müharibəsi zamanı Goranboy rayonu, Tapqaraqoyunlu kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmi nəticəsində şəhid olub. Məsələ ilə bağlı dəfələrlə Müstəqim Məmmədovla məlumatın dəqiqləşdirilməsinə cəhd etsək də, zənglərimizə cavab vermədi.

 

Məlumat üçün qeyd edək ki, Müstəqim Məmmədov son günlər şəhid ailəsini təhqir etdiyi üçün cəmiyyət tərəfindən tənqid olunur. Hətta, Ümid Partiyasının sədri İqbal Ağazadə icra başçısı haqda ciddi tədbirlər görülməsi zərurəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət də ünvanlayıb.Baxar.az

Tarix: 25 Dekabr 2020, 22:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin