BURADA REKLAMINIZ OLA
BİLƏR

AzTV-nin dağıntılar altında qalan əməkdaşının həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNDİ

Dağıntı altında qalan telekanal əməkdaşını xilas etmək mümkün olmayıb.

 

Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.

 

Allah rəhmət eləsin!

 

***

 

21:47

 

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

 

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaşı xəsarət alıb.

 

 

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşımızın çıxarılması istiqamətində iş aparılır.

Tarix: 25 Dekabr 2020, 23:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin