BURADA REKLAMINIZ OLA
BİLƏR

Qar Bakı istiqamətinə nəqliyyatın hərəkətini çətinləşdirdi - DİQQƏT

Qarlı hava şəraiti ölkənin şimal rayonlarından paytaxt Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib.

 

Qusar və Quba rayonlarından üzü Bakı istiqamətində avtomobillər yollarda qalıb. Hazırda paytaxta doğru gələn yolda sıxlıq müşahidə olunur.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Trend"-ə bildirilib ki, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur.

 

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi sürücülərə yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən ölkədə yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozu verilmişdi.

Tarix: 2 Yanvar 2020, 21:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin