BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlər Kabineti karantin rejimi ilə bağlı yeni qərar qəbul etdi: Yanvarın 2-də...

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

 

Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alaraq qəbul edilən qərara əsasən 2021-ci ilin aşağadakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

 

- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

 

- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

 

- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

 

- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

 

- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

 

Qərar dekabrın 28-də qüvvəyə minəcək.

Tarix: 26 Dekabr 2020, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin