BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu günə kimi evimə kamera girməyib” – Sənubər İsgəndərli

Əməkdar artist Sənubər İsgəndərli İTV telekanalında yayımlanan "Fatehin divanı" proqramının qonağı olub.

 

Pravda.az xəbər verir ki, aktrisa ölkədən getmək üçün əlinə dəfələrlə fürsət düşdüyünü deyib:

 

"Buradan köçüb getmə imkanlarım olub. Amma etmədim. Vətəni sevən insanam. Bircə dəfə Hollivudda olanda paxıllıq hissi keçirdim. Pis olmuşdum. Fikirləşdim ki, eyni sənətin daşıyıcılarıyıq. Bəxtiniz gətirib sizi dünya tanıyıb, bizi yox. Sonra o da keçdi".

 

Sənətçi qızına etdiyi vəsiyyəti də açıqlayıb: "Demişəm ki, xəstələnsəm evə çəkiliş gəlməsin. Bu günə kimi evimə kamera girməyib. Bir dəfə bir müğənninin xəstə yataxığında görüntülərini gördüm. Onda qərar verdim ki, olmaz".

Tarix: 26 Dekabr 2020, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin