BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputata məxsus istirahət mərkəzinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürdü

Bu gün səhər saatlarında havanın yağıntılı və küləkli keçməsi səbəbindən Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzinin elektrik enerjisi təchizatında fasilə yaranıb.

 

Pravda.az-ın xəbərinə görə, mərkəzin əməkdaşları elektrik enerjisi təchizatını bərpa etmək istəyib.

 

Bu zaman isə qırılmış naqili birləşdirən mərkəz əməkdaşını (adı dəqiqləşdirilir) elektrik cərəyanı vuraraq öldürüb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.Report

 

Qeyd: İstirahət mərkəzinin Milli Məclisin deputatı İqbal Məmmədova məxsus olduğu bildirilir.

 

Tarix: 26 Dekabr 2020, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin