BURADA REKLAMINIZ OLA
BİLƏR

Təyyarə qəzaya uğradı, 15 nəfər öldü

Sudanda “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb.

 

Pravda.az-ın xəbərinə görə, qəzada 15 nəfər həlak olub.

 

Kanalın məlumatına görə, qurbanlar arasında yerli məhkəmə orqanının üç nümayəndəsi də var.

 

Sudan mediasında dərc edilmiş xəbərdə sərnişinlər arasında Ümumdünya Qida Təşkilatının bir əməkdaşının olması ehtimal edilir.

 

İlkin məlumata görə, “An-12” cümə axşamı Sudanın Qərbi Darfur əyalətindəki El Geneina şəhərinin hava limanından uçarkən qəzaya uğrayıb. Yerli media hadisənin hava limanından beş kilometr aralıda baş verdiyini xəbər verib.APA

Tarix: 2 Yanvar 2020, 23:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin