BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Prokurorluq fəaliyyətini dayandırdı

Ukraynada hüquqi islahatlar çərçivəsində Baş Prokurorluq fəaliyyətini dayandırıb.

Pravda.az-ın xəbərinə görə, qurumun adı dəyişdirilərək Baş Prokurorun Ofisi adlanacaq.

Müvafiq islahatların həyata keçirilməsi səbəbindən bütün prokurorluq sistemində ştatlar yenidən işlənəcək.

Məlumatda bildirilir ki, 2019-cu ilin payızında Ukraynada hazırlanmış hesabatda prokurorluq sisteminin reytinqi dövlət orqanları arasında ən aşağı səviyyədə olub. Qurumda dəyişikliyin edilməsinin səbəblərindən biri də bu göstərilir.APA

Tarix: 3 Yanvar 2020, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin