BURADA REKLAMINIZ OLA
BİLƏR

"İran general Qasim Süleymaninin öldürülməsinə görə ABŞ-dan qisas alacaq"

“İran Bağdadda raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Quds xüsusi təyinatlı qüvvələrinin başçısı general Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacaq”.


Pravda.az-ın xəbərinə görə, bunu İranın Ali rəhbərin məsləhət orqanının keçmiş komandanı Möhsin Rezai “twitter” səhifəsində bildirib.

İran prezidentinin müşaviri Hesamaddin Aşna isə ABŞ-ın "öz həyəcanlı oyunları ilə" Yaxın Şərqdə özünə ən təhlükəli şərtlər yaratdığını deyib, bildirib ki, Vaşinqton bunun nəticələrinə hazır olmalıdır.

Pentaqon da öz növbəsində general Suleymaninin öldürüldüyü xəbərini təsdiq edib.

ABŞ ordusunun mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamasında qeyd edilib ki, iranlı generalın ölümünə səbəb olan raket zərbəsi prezident Donald Trampın əmri ilə endirilib.

Tarix: 3 Yanvar 2020, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin