BURADA REKLAMINIZ OLA
BİLƏR

“Samux vadisi”nin sahibi cəzalandırıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib.

 

Həmin şəxslər - kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini Fuad Abdullayev və müştəriləri Polis Şöbəsinə gətiriliblər.

 

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.

Tarix: 28 Dekabr 2020, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin