BURADA REKLAMINIZ OLA
BİLƏR

BMT: Qasım Süleymaninin qətli beynəlxalq humanitar hüququ pozur

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan hüquqları ali komissarlığı ofisinin nümayəndəsi və məhkəməsiz icra olunan edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamar general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, A. Kallamar ABŞ-ın addımını qanunsuz adlandırıb.

 

“Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin məqsədyönlü qətli beynəlxalq humanitar hüququ pozur”, - deyə BMT rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Tarix: 3 Yanvar 2020, 09:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin