BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: “Süleymaninin öldürülməsi terror aktıdır”

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif general Qasım Süleymaninin öldürülməsini terror aktı kimi qiymətləndirib.

 

Pravda.az-ın xəbərinə görə, İran XİN başçısı bildirib ki, Q. Süleymaninin öldürülməsi terror aktı və səfeh eskalasiyadır.

 

“ABŞ-ın general Süleymaniyə qarşı həyata keçirtdiyi beynəlxalq terror aktı son dərəcə təhlükəlidir və səfeh eskalasiyadır. Belə ki, general Süleymani İŞİD, “Əl-Nusra”, “Əl-Qaidə”yə qarşı ən effektli mübarizə aparan bir qüvvənin rəhbəri idi”, - deyə Cavad Zərif qeyd edib.

 

O vurğulayıb ki, Süleymaninin qətli bölgədəki gərginliyi və müqavimət gücünü artıracaq.

 

Cavad Zərif onu da bildirib ki, İran Süleymaninin öldürülməsinə görə cavab tədbirlərinin həyata keçirilməsi istiqamətində əlindən gələni edəcək.

 

Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Tarix: 3 Yanvar 2020, 10:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin