BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Qəhrəman İlqar Mirzəyevin anası Azərbaycan vətəndaşlığına qəbul edildi

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında məlumat yayıb.

 

Məlumatda deyilir: Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılmış və Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə onların hər biri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmişdir.

 

Bu şəxslər:

 

2020-ci il 14 iyul Tovuz döyüşlərində şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası - Mirzəyeva Gülnar Abdulla qızı,

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası - Əliyeva Miroslava Petru qızı,

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevnadır.

 

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin ruhuna dərin ehtiramımızı bildiririk. Allah rəhmət eləsin!

Tarix: 30 Dekabr 2020, 11:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin