BURADA REKLAMINIZ OLA
BİLƏR

Qobustan qoruğunun ərazisində əkilən 3 mindən çox ağacın hamısı yandı – VİDEO

Ötən ilin aprelində Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində əkilən ağaclar məhv olub.

 

Pravda.az-ın xəbərinə görə, tinglər susuzluqdan quruyub.

 

Qeyd: 2019-cu ilin aprelin 3-də yayılan məlumatda bildirilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizli yaz ağacəkmə kampaniyası çərçivəsində qoruq ərazisində ağacəkmə aksiyası həyata keçirilib. Aksiyada ümumilikdə 3 mindən artıq ağacın əkildiyi qeyd olunub.

 

Ölkədə bu cür faktlar kifayət qədərdir. Yaşıllıq görüntü xatirinə salınır, sonra qulluq edilməyindən məhv olur. Belə halların baş verməsi dövlət büdcəsindən əlavə vəsait itkisinə səbəb olur.

 

Fotoları təqdim edirik
Tarix: 3 Yanvar 2020, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin