BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzulidə minaya düşən şəxs vəfat etdi

Xəbər verildiyi kimi, 01 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşmüş və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Bildirilib ki, Zabil Babayevin xəstəxanaya çatdırılıb lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

Fotoları təqdim edirik
Tarix: 1 Yanvar 2021, 18:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin