BURADA REKLAMINIZ OLA
BİLƏR

Məlahət İbrahimqızı “Camaat kasıb yaşamağa alışmalıdır” ifadəsinə aydınlıq gətirdi

Bugünlərdə TURAN informasiya agentliyinin müxbiri Tatyana xanım  (soyismini bilmədiyimdən yaza bilmirəm) mənə zəng edərək, 2021-ci ilin Dövlət Büdcəsi ilə bağlı sualları cavablandırmağl xahiş etmişdi.

 

Çox təəssüf ki, jurnalist mənim cavablarımın bəzi hissələrini kəsərək sualın  cavabını konteksdən çıxarmışdır. Nəticədə isə cavabları jurnalist öz  marağına uyun mətbutda yaymışdır.

 

TURAN İnformasiya Agentliyin əməkdaşı olan bu jurnalistin qərəzli mövqeyini qınayır və ən qısa zamanda təkzib verməsini tələb edirəm. Çox təəssüf ki, bir qrup media saytlarında da bu məlumat TURAN İA-nin jurnalistinin mövqeyini mənim cavabım kimi təqdim edilmişdir. Hesab edirəm ki, hər bir jurnalistin peşəkalıqla bərabər obyektivliyi də onun mənəvi dəyəri olmalıdır.  Mən müsahibəmdə “...camaat kasıb yaşamağa alışmalıdır” ifadəsini isə ümumiyyətlə istifadə etməmişəm..

 

Bir millət vəkili kimi  ümumiyyətlə fəaliyyətimdə hər zaman sosial problemlər, mənim üçün əziz olan əhalinin həssas sosial təbəqəsi  hər zaman prioritet olmuşdur. Gələcəkdə də belə olacaqdır.

 

Şəhid və Qazi ailələri, qaçqın və köçkünlər, əmək qabiliyyətini itirən həssas qruplar mənim üçün ən doğma problem olubdur.  Milli Məclisdəki çıxışlarımda da hər zaman bunu səsləndirmişəm...

 

Məlahət İbrahimqızı

 

Milli Məclisin deputatı

Tarix: 1 Yanvar 2021, 19:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin