BURADA REKLAMINIZ OLA
BİLƏR

İranın Bakıdakı səfirliyində bayraq endirildi

İranın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

 

Bu barədə Pravda.az-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Qasım Süleymaninin ölümü ilə əlaqədar səfirlikdə bayraq yarıya qədər endirilib.

 

Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.

Tarix: 3 Yanvar 2020, 18:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin