BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Gülalıyev gözlərini açır, əlini tərpədir - VİDEO ƏLAVƏ OLUNUB

Xəbər 19:47-də əlavə olunub

 

Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevdən xəbər var.

 

Pravda.az-ın xəbərinə görə, jurnalist Əvəz Zeynallı Türkiyənin İstanbul şəhərində O.Gülalıyevə baş çəkib.

 

“Bu gün İstanbulda yaşayan dostumuz Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisi, dostumuz Oqtay Gülalıyevi ziyarət etdik. Çox nikbin ayrıldıq. Uzun-uzun saz musiqisi dinlətdik Oqtaya. Bizi hiss elədi, gözlərini açdı, ağzını tərpətdi, açdı, əlini oynatdı - sanki bizimlə danışmaq istəyirdi. Ürəyimiz dəfələrlə hopladı. Oqtay bəy sanki dediklərimizi anlayır, bizə cavab vermək istəyirdi. Onunla xeyli danışdıq, səsimizi eşitdi elə bil, diqqət kəsildi bizə. Mən Oqtay bəyi ilk dəfədir gördüm və inandım ki, bu möhkəm insan tezliklə aramıza qayıdacaq. 3 videoçəkiliş apardım, sırasıyla yayınlayacam və Oktayın saza verdiyi reaksiya qanınızı donduracaq. Allah böyükdür və inanıram ki, Oktay bəy bu zorluqlardan keçərək aramıza qayıdacaq. Dualarımız Oktay bəylədir!” – Ə.Zeynallı bildirib.

 

Fotoları təqdim edirik
Tarix: 3 Yanvar 2020, 23:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin