BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus xəstələri saxlanıldı

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

 

DİN-dən verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən yanvarın 1-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar  edilərək saxlanılıb. Onlardan 8-i yaşadıqları evə, sağlamlıq vəziyyəti daha ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

 

Hazırda istintaq araşdırmaları davam etdirilir.

Tarix: 2 Yanvar 2021, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin