BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı qadın Qasım Süleymaniyə belə yas saxladı - VİDEO

Azərbaycanlı yaşlı qadının İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının terror aktı nəticəsində öldürülən komandanı general Qasım Süleymaniyə yas saxlamasını əks etdirən videogörüntülər yayılıb.

 

Pravda.az xəbər verir ki, görüntülər İranın azərbaycanlıların yaşadığı əyalətlərdən birində lentə alınıb.

 

Belə ki, yaşlı qadının Q.Süleymaniyə ağı deyərək yas saxlaması ictimaiyyətdə maraqla qarşılanıb.

 

Xatırlatma: Yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldürülüb. Onun ABŞ prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilən terror aktı nəticəsində öldürüldüyü bildirilir. Onun ölümündən sonra İranda 3 gün matəm olunub.

Tarix: 3 Yanvar 2020, 20:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin