BURADA REKLAMINIZ OLA
BİLƏR

Qasım Süleymaninin parçalanmış bədən üzvlərinin bir qismi tapılıb - FOTO

İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının terror aktı nəticəsində öldürülən komandanı general Qasım Süleymaninin bədəninin parçalanmış üzvlərinin görüntüləri yayılıb.

 

Pravda.az-xəbərinə görə, görüntülər İraqın təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən terror aktı baş verən Bağdad hava limanında aparılan araşdırmalar zamanı lentə alınıb.

 

 

Araşdırmalar zamanı mərhum generalın bədən üzvlərinin yalnız bir qismi tapılıb. Barmağındakı üzük vasitəsilə cəsədin Q.Süleymaniyə aid olduğu müəyyənləşdirilib.

 

Xatırlatma: Yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymani Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldürülüb. Onun ABŞ prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilən terror aktı nəticəsində öldürüldüyü bildirilir. Onun ölümündən sonra İranda 3 gün matəm olunub.

Fotoları təqdim edirik
Tarix: 3 Yanvar 2020, 22:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin