BURADA REKLAMINIZ OLA
BİLƏR

“BNA cibimizə girir” - Baş redaktordan Prezidentə MÜRACİƏT

Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

 

Pravda.az-ın xəbərinə görə müraciətdə deyilir:

 

“Hörmətli Cənab Prezident,

 

Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 22 ünvanında sizin təşəbbüsünüzlə jurnalistlər üçün inşa edilən binanın sakinləri BNA-nın yaratmış olduğu qanunsuz əməlin qurbanına çevrilib. Hazırda qeyd etdiyim ünvanda hər gün yüzlərlə insan BNA-nın qanunsuz sərnişindaşıması ilə qarşı-qarşıyadır.

 

Hər gün 0.40 AZN sərnişindaşımaya verməli oluruq. "28 May" metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus “28 May” metrostansiyasından hərəkətə başladıqdan sonra 20-ci sahədən birbaşa son dayanacağına hərəkət edir. Nəticədə həmin avtobus Lökbatan qəsəbəsindən qayıdarkən jurnalistlərin yaşadığı binanın qarşısında dayanır. Deməli, biz “28 May”dan Lökbatan qəsəbəsinə olan məsafəyə hesablanan 0. 40 AZN məbləği məcburən jurnalistlərin yaşadığı binadan “28 May” metrostansiyasına qədər olan məsafəyə ödəməli oluruq. Bu da BNA-nın qanunsuz şəkildə cibimizə girməsidir.

 

Cənab Prezident, sizdən xahiş edirik ki, BNA-nın bu qanunsuzluğuna son qoyulması və bu ərazidə yaşayan insanların şəhər nəqliyyatından normal istifadəsi üçün köməklik göstərəsiniz”.

Tarix: 4 Yanvar 2020, 00:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin