BURADA REKLAMINIZ OLA
BİLƏR

Röya Nailə Mirməmmədlinin ölümündən danışdı: “Ürəyi dözmədi”

Sənət adamları Mirməmmədlinin evinə yollanıb. Onlar arasında Xalq artisti Röya Ayxan da yer alıb.

“Hər gün danışırdıq. Mənə deyirdi ki, pis olma, unudulacaq”.

Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan bu gün dünyasını dəyişən bəstəkar Nailə Mirməmmədli haqda danışarkən deyib.

“Elgizlə izlə” proqramına telefonla bağlanan müğənni göz yaşlarını saxlaya bilməyib:

“Gəlini və qızı ilə məscidə aparırıq. Bilmirəm nə deyim. Hər gün görüntülü danışırdıq. Deyirdi, möhkəm ol. Özünün ürəyi dözmürmüş. Hamıya qol-qanad gəlirdi, öz ürəyi partladı”.

Qeyd edək ki, yaxınları onun infarkt keçirdiyini deyib.

 
 
Axşam.az

Tarix: 4 Yanvar 2021, 16:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin