BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Kimi dostluqdan çıxararamsa, məndən inciməsin”

“Dostların səmimiliyi və fəallığı baxımından yeni  qiymətləndirmələri vacib edir. “Facebook” sosial şəbəkəsində 2600-dən artıq virtual və real dostlarım vardır. Onların bir çoxu fəaliyyətimlə bağlı məsələlərdə davamlı və tam mövqesizlik nümayiş etdirdilər. Bu səbəbdən dost məsələsində də kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməyi qərara aldım”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov sosial şəbəkədə yazıb.

 

“Kimi dostluqdan cıxararamsa, məndən inciməsin. Bu, sadəcə onların mənə olan münasibətinə adekvat reaksiyamdan başqa bir şey deyildir. Bu istiqamətdə ilk seçimlərimi etməyə başladım. Təqdim etdiyim statusuma bu və ya digər formada reaksiya verməyiniz də mənim üçün seçim göstəricisidir” – E.Nəsirov bildirib.

Tarix: 4 Yanvar 2021, 22:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin