BURADA REKLAMINIZ OLA
BİLƏR

Mebel şirkəti xaricə çıxarılan valyutaya görə cərimələndi - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində “Vudtrade” MMC-nin 300000 Rusiya rublu məbləğində cərimə edilməsi barədə qərardan verilmiş şikayətə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Namiq Məmmədovun sədrlik etdiyi iclasda şirkətin şikayəti təmin edilməyib və Suraxanı Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

 

Məhkəmə şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə yazdığı protola əsasən təqsirli bilib.

 

Eyni inzibati xəta ilə bağlı daha bir məhkəmə qərarına əsasən, şirkətə 581317,50 Rusiya rublu məbləğində də cərimə yazılıb. Həmin qərardan verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Qeyd: “Vudtrade” MMC  "Mətbəx Aləmi" MMC-yə aid olan şirkətlərdən (Vudtrade MMC, Qızılağac LTD MMC, Construction Technology MMC) biridir.

Əsasən MDF, DSP, taxta və digər bu kimi məhsulların idxalı və satışı ilə məşğul olur. "Mətbəx Aləmi" MMC ev üçün individual mebel sistemlərinin layihələşdirilməsi, istehsalı və yığılması ilə məşğuldur.

Tarix: 4 Yanvar 2020, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin