BURADA REKLAMINIZ OLA
BİLƏR

Maaşınız 500 manatdırsa, 10 manat icbari tibbi sığortaya ödəyəcəksiniz

İqtisadçı Qubad İbadoğlu icbari tibbi sığortaya görə ödənişin məbləği ilə bağlı suallara cavab verib.

 

Pravda.az-ın xəbərinə görə, Q.İbadoğlu deyib ki, bu ildən 4 mərhələdə müxtəlif rayonlar üzrə fərqli müddətlərdə tətbiq olunacaq icbari tibbi sığortaya görə ödənişlər də 4 kateqoriyaya bölünür.

1. Dövlət və neft sektorunda işləyənlər icbari tibbi sığortaya görə hesablanmış aylıq əməkhaqqı məbləğinin 4 faizi məbləğində ödəniş edəcəklər. Lakin bu ödəniş işçi və işəgötürən arasında bərabər paylanacaq. Belə ki, işçilər və işəgötürənlər müvafiq olaraq ayrı-ayrılıqda hesablanmış aylıq əməkhaqqı məbləğinin 2 faizi məbləğində ödəniş edəcəkdir. Məsələn, dövlət və neft sektorunda işləyən 500 manat əmək haqqı alırsa, icbari tibbi sığortaya görə 20 manat ödəniləcək ki, onun da 10 manatı işçinin maaşından, 10 manatı isə işəgötürənin hesabından çıxılacaq.

2. Qeyri-dövlət və qeyri-neft sektorunda işləyənlər isə icbari tibbi sığortaya görə hesablanmış aylıq əməkhaqqı məbləğinin 2 faizi məbləğində ödəniş edəcəklər. Lakin bu ödəniş də işçi və işəgötürən arasında bərabər paylanacaq. Belə ki, onların hər biri hesablanmış aylıq əməkhaqqı məbləğinin 1 faizini tibbi sığorta fonduna ödəyəcəklər. Məsələn, qeyr-dövlət və qeyri-neft sektorunda işləyən 500 manat əmək haqqı alırsa, icbari tibbi sığortaya görə 10 manat ödəniləcək ki, onun da 5 manatı işçinin maaşından, 5 manatı isə işəgötürənin hesabından çıxılacaq.

3. Sahibkarlıq faəliyyəti ilə məşğul olan fiizki şəxslərə gəlincə, onların mövcud qanunvericiliyə əsasən icbari tibbi sığorta ayırmalarının məbləği minimum aylıq əməkhaqqının 4 faizini təşkil edir. Hazırda ölkədə minimum aylıq əməkhaqqı 250 manat olduğuna görə müvafiq olaraq icbari tibbi sığorta ayırmalarının aylıq məbləği 10 manat təşkil edəcək.

4. Mülki hüquqi müqavilələr əsasında işlər (xidmətlər) yerinə yetirən şəxslərin tibbi sığorta fonduna aylıq ödənişi onların imzaladığı mülki hüquqi müqavilələr əsasında gördüyü işlər (xidmətlər) dövriyyəsinin 2 faizinə bərabər olacaq. Belə ki, müqavilə dəyəri 1000 manat olduğu halda aylıq ödəniş 20 manat, 1500 manat olduğu halda aylıq ödəniş 30 manat olacaq.

Tarix: 4 Yanvar 2020, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin