BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət qurumuna məxsus yük maşını aşdı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda "Kia" markalı minik avtomobilinin “UAZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Qeyd: Yük maşını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsusdur. 

Tarix: 5 Yanvar 2021, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin