BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Şiəsən lap yaxşı, Azərbaycan pəncərəsindən baxmağı öyrən”

“Əziz qardaşım, bacım inanclısan, şiəsən lap yaxşı, Azərbaycan pəncərəsindən baxmağı öyrən, öz müştəhidinin ağzına bax, öz məmləkətini düşün, inanclısan, əhli-sünnəsən çox gözəl, Azərbaycanın marağından dünyaya bax, AKP-nin, Səudiyyənin gözü ilə dünyanı anlamağa çalışma, solçusansa, əla, Rusiyanı özünə rol-model seçmə, məmləkətin solu ol, liberalsan, supper - bəşəriyyətə Qərb dövlətlərinin alqısı ilə yanaşma, Azərbaycanın liberalı ol, ümumbəşər dəyərlərinə sadiq qal, millətçisən, tamam, əla, Azərbaycan millətçisi ol, məsələlərə MHP kimi yanaşma, vətəndaş millətçiliyinə köklən”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi Natiq Cəfərli deyib.

 

N.Cəfərli bildirib ki, təhlükələrdən çıxış yolu təhsilin keyfiyyətimin artırılmasından, ideoloji maraq qruplarının formalaşmasından, normal və işlək institutların yaranmasından keçir: “Çox gecikirik, sonra peşman olacağıq...”

Tarix: 4 Yanvar 2020, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin