BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qasim Süleymani kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd edib” - İDDİA

“Azərbaycan düşməni Qasım Süleymaninin ölümü hüquq - mühafizə orqanlarına xeyli ip ucları verdi. O, hələ 1990 cı illərdən Azərbaycanla xüsusi maraqlamış və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd edib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Daxili Qoşunlarının sabiq komandanı Fəhmin Hacıyev deyib.

 

F.Hacıyev xatırladıb ki, Süleymaninin iki ağenti Ağdam- Ağdərə döyüş bölgəsində Daxili Qoşunların kəşfiyyatçıları tərəfindən həbs edilərək MTN-ə təhvil verilib: “Bunu ondan ötrü göz yaşları axıdanların yaddaşı üçün yazdım...”

Tarix: 4 Yanvar 2020, 12:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin