Reklam

Ali Məhkəmənin hakimi koronavirusdan vəfat etdi

Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov vəfat edib.

Pravda.az-ın məlumatına görə, İ. Nəsirov bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxub. O, bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Ali Məhkəmədən faktı təsdiqləyiblər.

Qeyd edək ki, İnqilab Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Ali Məhkəmənin hakimidir.

APA

Tarix: 6 Yanvar 2021, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin