BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərişıq" ASC-nin transformatoru yandı

Bu gün səhər saat 05.50-də Qobustan stansiyasının ərazisində "Azərişıq" ASC-yə məxsus transformatorda yanğın olub.

 

Pravda.az-ın xəbərinə görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə yanğınsöndürmə maşınları, Biləcəri və Hacıqaqbul yanğınsöndürmə qatarları cəlb edilib. Saat 08:30-da yanğın söndürülüb.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb. Yanğına texniki nasazlıq səbəb olub.

 

Hadisənin təfərrüatı və başvermə səbəbləri araşdırılır.

Tarix: 4 Yanvar 2020, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin