BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücüdən təhlükəli hərəkət, mişar daşı ilə dolu "Kamaz"ın qabağı qalxdı - VİDEO

İdarə etdiyi “Kamaz” markalı avtomobillə təhlükəli hərəkətlər edən sürücünün videosu sosial şəbəkədə yayılıb.

 

41-BA-941 qeydiyyat “Kamaz” markalı avtomobilin sürücüsü normadan artıq mişar daşları yükləyərək yükdaşıma qaydalarını pozub. Videodan aydın şəkildə görünür ki, yüklənən daşlar bortdan yuxarı çıxır. Buna görə də sürücü avtomobili yerindən tərpədən zaman onun qabağı qalxaraq təhlükəli vəziyyət yaranır. Belə olan halda normadan artıq yüklənmiş daşlar bortdan yerə dağıla da bilər.

 

Onu da qeyd edək ki, avtomobilin ön qeydiyyat nişanı yararsız vəziyyətdədir və nəqliyyat vasitəsində iki ədəd duman farası olmalı halda, bu avtomobildə 4 ədəd duman farası var. Bu isə qanunvericiliyə ziddir.

 

Çox təəssüf edirik ki, yollarda hərəkət edən bir çox yük avtomobillərinin sürücüləri, istədikləri kimi avtomobilləri işıqlarla bəzəyirlər. Lakin buna nəzarət edən yoxdur. Etiraf edək ki, bu işıqlar “Niva” markalı avtomobildə aşkarlansa, dərhal mühafizə olunan duracağa təmin olunar!

 

Tarix: 7 Yanvar 2021, 00:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin