BURADA REKLAMINIZ OLA
BİLƏR

Qobustan qoruğunun ərazisində quruyan ağaclara görə direktora “məcburi göstəriş” verildi – RƏSMİ

Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində ötən ilin yazında əkilən ağacların quruması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 168 qaynar xəttinə daxil olan məlumat  Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Pravda.az-ın xəbərinə görə, ETSN-nin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, əraziyə keçirilən baxış zamanı həqiqətən də ağacların bir hissəsinin lazımi qulluq göstərilmədiyindən quruduğu müəyyən edilib.

 

İ.İbrahimova bildirib ki, faktla bağlı qoruğun direktoruna, qurumuş ağacların yeniləri ilə əvəz olunması və ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə icrası məcburi olan "məcbiri göstəriş" verilib.

 

ETSN-nin sözçüsü ekoloji məsələlərə həssas yanaşanlara təşəkkür edib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların, ətraf mühitin qorunması sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirən, yaşıllıqlara qayğı ilə yanaşan və Nazirliyin işinə dəstək göstərərək ekoloji pozuntularla bağlı məlumatları dərhal bizə çatdıran hər kəsə, o cümlədən media nümayəndələrinə  təşəkkürünü bildirir”.

 

Qeyd: Yanvarın 3-də "Pravda.az"-ın yaydığı məlumatda bildirilib ki, 2019-cu ilin aprelində Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində əkilən 3 mindən çox tingin əksəriyyəti quruyub. Məsələyə dərhal reaksiya verildiyinə görə ETSN-ə təşəkkürümüzü bildiririk.

 

Xatırlatma: Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında yol kənarındakı ağacların qurumasına görə irad bildirib: “Ağaclara qulluq etmək lazımdır. Mən gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub”.

 

Tarix: 4 Yanvar 2020, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin