BURADA REKLAMINIZ OLA
BİLƏR

Atışmada öldürülən qadın kimdir?

Kapitoli binasında atışma zamanı öldürülən qadın ABŞ-ın Hərbi Hava Qüvvələrinin veteranı imiş.

 

Bildirilib ki, bu, Eşli Bebbitdir. O, Kaliforniya ştatının San-Dieqo şəhərində yaşayıb. Eşli Debbit prezident Donald Trampın qatı tərəfdarı olub. O, 14 il ABŞ-ın Hərbi Hava Qüvvələrində xidmət edib, 4 dəfə ölkə sərhədindən xaricə xidmətə göndərilib.

 

Bebbitin qarışıqlıqlar zamanı Kapitoliyə necə gəldyi məlum deyil.

 

Daha əvvəl bildirilirdi ki, Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb. Atışma zamanı sinəsindən ağır xəsarət alan yaralılardan biri xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Tarix: 7 Yanvar 2021, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin