BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis maşını dəmir maneəyə çırpıldı - VİDEO

Bu gün Bakı-Qazax avtomagistralının Hacıqabuldan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə nəticəsində polis maşını əzilib və yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

 

Faktı təsdiqləyən Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hadisənin mövcud hava şəraiti ilə əlaqədar baş verdiyini bildirilib:

 

“Hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının 99 - YP - 870 dövlət qeydiyyat nişanlı patrul maşını idarəetməni itirərək, yol kənarındakı dəmir maneəyə çırpılıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb”.

 

Tarix: 4 Yanvar 2020, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin