"İran İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümü ilə bağlı son 3 yazıma səhifələrimdə 11500-dən çox bəyənmə, 3500-dən çox şərh verilib. Oxuduqca dəhşətə gəldim. Vətənimizin durumunun pis olduğunu bilirdim, ancaq bu qədər acınacaqlı olduğunu ağlıma belə gətirməzdim".
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
Daha sonra Aslan İsmayılov qeyd edib ki, rəy yazanlar sanki İran və Türkiyə vətəndaşlarıdırlar:
"Tək fikir bildirdiklərinə görə bir-birinin boğazını çeynəməyə hazırdırlar. Sanki sosial şəbəkələrdə vətəndaş müharibəsi gedir. Xüsusilə, iranyönlülərin yazılarını oxuduqca fikirləşirsən ki, heç İranın molla rejiminin fəalları bu qədər canfəşanlıq etməzdilər.
Məni ABŞ-ın, İsrailin cəsusu adlandıranlar da oldu. Çoxları bu 3 yazının mahiyyətini dərk etmədən mənə böhtan atmağa, söyməyə başladılar. Onlar üçün bildirirəm ki, mən nə ABŞ, nə də Türkiyə yönlü deyiləm. Mənim Vətənim Azərbaycandır və ona dost olanlar dostum, düşmən olanlar isə düşmənimdir! Azərbaycan İran, yaxud Türkiyə nökərlərinin yox, burada yaşayan bütün xalqların Vətənidir! Burada məni təhqir edən Talış, Ləzgi, Kürd, Tat və adlarını sadalamadığım digər həmvətənlərim mənim üçün İran və Türkiyə vətəndaşlarından min dəfə əzizdir. Onların səhv yanaşmaları, yazdıqlarımı anlamamaları da birinci növbədə hakimiyyətin, sonra isə hakimiyyət davası döyən müxalifətin günahıdır.
Hakimiyyət illərdir ki, rahat idarə etmələri, milyardları talamaq üçün savadsız kütlə yetişdirməyə, müxalifəti, vətəndaş cəmiyyətini məhv etməyə girişdi. Bunun dövlətimiz üçün, elə hakimiyyətdə olanlar üçün də olduqca təhlükəli olduğu barədə yüzlərlə yazılarım oldu. Çoxları bildirdi ki, həmin boşluqdan düşmən dövlətlər istifadə edəcək. Bunun rahat həyata keçirilməsi üçün isə elə özünüzün yetişdirdiyiniz savadsız kütlə ən yaxşı material olacaq. Fikir verən olmadı.
Bu gün Vətən, Dövlət hayqıran müxalifət də hakimiyyətə gəlmək üçün hər yola əl atdılar, hər cildə girdilər. İsa Qəmbəri, Raif Arifoğlusu və digəriləri Həccə getdilər, Pənah Hüseyni Aşuranı istirahət günü elan etməyə çağırdı. Bütün bu qeyri-səmimi gedişlər hakimiyyətə gəlmək üçün inanclı insanları aldatmaqla öz tərəflərinə çəkmək, siyasi mübarizələrində istifadə etmək üçün idi.
Son iki gündü bütün dünyanın, xüsusilə Azərbaycanın müzakirə etdiyi yuxarıda qeyd etdiyim məsələ ilə bağlı da müxalifətdə liderlik iddiasında olanların heç birinin səsi çıxmır, çünki onları Dövlət, Xalq deyil, ancaq hakimiyyət davası narahat edir.
Buradan bir daha hamıya səslənirəm. Azərbaycan burada yaşayan bütün millətlərin Vətənidir. Biz ilk növbədə bir-birimizə hörmət etməsək İran yönlü, Türkiyə yönlü olduqca bundan da pis günləri yaşayacağıq. Çıxış yolumuz isə yalnız bir-birimizə və Vətənimizə sevgi ilə yaşamaqda, tarixdən dərs götürməkdə, dostumuzu-düşmənimizi tanımaqda, maariflənməkdədir".
17 Oktyabr 14:30
17 Oktyabr 13:29
17 Oktyabr 13:04
17 Oktyabr 13:01
17 Oktyabr 12:54
17 Oktyabr 12:38
17 Oktyabr 12:36
17 Oktyabr 11:33
17 Oktyabr 11:27
17 Oktyabr 11:26
17 Oktyabr 11:22
17 Oktyabr 11:20
17 Oktyabr 11:18
17 Oktyabr 11:16
17 Oktyabr 11:13
17 Oktyabr 11:09
17 Oktyabr 10:53
17 Oktyabr 10:15
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
Ən son xəbərləri səhifəmizdən də izləyin