BURADA REKLAMINIZ OLA
BİLƏR

Akif Nağı: “Qasım Süleymaninin terror aktı ilə qətlə yetirilməsini qətiyyətlə pisləyirik”

“İran İslam Respublikasının Qüds briqadasının komandanı , general Qasım Süleymaninin ABŞ rəhbərliyi tərəfindən terror aktı ilə qətlə yetirilməsini qətiyyətlə pisləyir , ittiham edirik”.

 

Pravda.az-ın xəbərinə görə, bu bəyanatla Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı çıxış edib.

 

A.Nağı bildirib ki, hər cür terror hərəkəti bəşəriyyət üçün təhlükə mənbəyidir , dövlət səviyyəsində terror siyasəti aparanlar dünyanı fəlakətə sürükləyirlər: “General Süleymaninin həlak olması ilə əlaqədar İran rəhbərliyinə , Süleymaninin ailəsinə , yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin”.

 

Tarix: 4 Yanvar 2020, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin