BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış uşaq həkimi koronavirusdan vəfat etdi

Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının uşaqlar üzrə baş infeksionisti Şirin Əhmədova koronavirus infeksiyasından dünyasını dəyişib.

 

Pravda.az-ın xəbərinə görə, baş infeksionist bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

 

Məlumat üçün bildirək ki, Ş.Əhmədova qərb bölgəsində ən tanınan həkimlərdən biri olub.

 

O, bu virusa yoluxan xəstələrin müalicəsində iştirak edib.

 

Baku.ws

Tarix: 7 Yanvar 2021, 22:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin