BURADA REKLAMINIZ OLA
BİLƏR

İrandan ABŞ-a TƏHDİD

İran SEPAH generalı Qasım Süleymaninin öldürülməsinə görə amerikalıları cəzalandıracaq.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Tasnim” agentliyinə SEPAH-ın komandanı, general Qulaməli Əbuhəmzə deyib.

 

Q.Əbuhəmzə Hörmüz boğazında ABŞ gəmilərinə hücum ediləcəyi anonsunu verib.

 

“Hörmüz boğazı Qərb üçün əhəmiyyətlidir. Buradan çox sayda ABŞ-ın dağıdıcı və döyüş gəmiləri keçir. Bölgədə ABŞ üçün həyati əhəmiyyətli hədəflər çoxdan müəyyən edilib”, - deyə general bildirib.

 

O qeyd edib ki, ABŞ-ın bu bölgədəki 35 hədəfi, eləcə də, Təl-Əviv İranın əlinin altındadır. 

 

Qeyd edək ki, Q.Süleymani yanvarın 3-də Bağdad hava limanında ABŞ aviasiyasının raket zərbələri nəticəsində ölüb. Bundan sonra ABŞ-la İran arasında gərginlik daha da artıb. İran rəsmiləri isə bir-birinin ardınca ABŞ-ı hədələyən bəyanatlarla çıxış edirlər.Oxu.az

Tarix: 4 Yanvar 2020, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin